ABŞ Əfqanıstandakı hərbi təchizatını daşımağa başlayıb.
“Yenigun.news” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Co Baydenin sentyabrın 11-dək Əfqanıstandan çəkiləcəklərini elan etməsindən sonra hərbi təchizatın çıxarılmasına başlanılıb.
ABŞ müdafiə rəsmiləri CNN-ə bildiriblər ki, yerində zərərsizləşdirilməsi mümkün olmayan, ya da əfqan qüvvələrinə təslim edilməyən silahlar gəmi ilə ölkədən çxarılır.
İstifadəyə yararsız halda olan silahların isə yerində zərərsizləşdirilməsinə qərar verilib.