Türkiyə Milli Təhlükəsizlik Təşkilatı və Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı əməliyyatda PKK-ın əsas üzvlərindən birini zərərsizləşdirib.
“Yenigun.news” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məhv edilən terrorçu PKK-nın qolu olan KCK-nın “icraiyyə komitəsi”nin üzvü Sinan Mirhan kod adlı Dalokay Şanlıdır.
O, İnterpol xətti ilə axtarışda olub.
Bildirilib ki, terrorçu böyük şəhərləri hədəf alan təxribat planlayırmış.