• Şb. Noy 23rd, 2024

ZƏNGƏZUR DƏHLİZİ MÜTLƏQ İSTİFADƏYƏ VERİLƏCƏK

ByYenigun.news

Apr 26, 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağı aydındır. Rəsmi Bakı hələ müharibənin gedişində və müharibədən sonra ilk günlərdə belə əməkdaşlıqda maraqlı və hazır olduğunu dəfələrlə bəyan edib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir, müharibədən sonra Ermənistanın da bu platformalarda təmsil olunmasında maraqlıdır. Prezident İlham Əliyev çıxışlarında beynəlxalq yükdaşımaları uğrunda rəqabət getdiyinə toxunub. Zəngəzur dəhlizi ölkəmizin bu rəqabətdə imkanlarını genişləndirən bir fürsətdir, ondan istifadə edilməsi də zəruridir.
Dövlət başçısının dediyi məşhur ifadə yerinə düşür: “Biz nəyi, nə zaman etmək lazımdır, yaxşı bilirik”. Həm da illər öncə vaxt gələcək, Azərbaycan bayrağı Şuşada dalğalanacaq, ifadəsi işlədilmişdi, ötən ilin 8 noyabrından zəfər bayrağı Şuşada dalğalanır. Zəngəzura qayıdışın anonsu da təsadüfi deyil. Biz buna əminik. Ermənilər Xankəndi şəhərinə qayıdırsa, azərbaycanlılar niyə öz dədə-baba yurdlarına dönməsin? Əslində bu qayıdışlar qarşılıqlı olaraq həyata keçirilməlidir. Ermənilər unutmasınlar ki, onlar bu torpaqlara cəmi bir-iki əsr öncə gəliblər. Zəngəzur hər nə qədər bizim dünənimizdirsə, bir o qədər də sabahımızdır. Sadəcə, 101 il əvvəl ermənilərə verilib. Nə üçün və necə verildiyi də hamıya bəllidir. Biz 101 il bundan əvvəlki tariximizə qayıdaraq tarixi yaddaşımızı yeniləməli və Zəngəzurun nə üçün ermənilərə verildiyini bütün dünyaya çatdırmalıyıq.
Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir – həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir.
Azərbaycan öz milli davasında nə qədər haqlıdır və Azərbaycan Prezidenti həmişə öz çıxışlarında biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına izin verməyəcəyik deyəndə nəyi nəzərdə tutduğunu qoy hamı bilsin. Və biz bu istiqamətdə möhtərıəm Prezidentimizin hər bir addımını dəstəkləyəcəyik.
Elnur Atakişiyev, Cəlilabad şəhər sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir