• Şb. Noy 23rd, 2024

Ermənistan-İran sərhədində gömrük anbarı ləğv edildi

ByYenigun.news

Apr 26, 2021

Ermənistan-İran sərhədində Mehri nəzarət-buraxılış məntəqəsində gömrük postu bağlanıb.

“Yenigun.news” xəbər verir ki, bu barədə news.am məlumat yayıb. Bildirilir ki,  Ermənistandan İrana yola düşən yük maşınları sərhəddə qalıb. Məlumata görə, postun bağlanması əmrini Ermənistanın Dövlət Gəlir Komitəsinin sədr müavini Şuşanik Nersisyan verib.

Daha sonra qurumdan verilən məlumata görə, Mehri gömrük postu bağlanmayıb, Aqarak (Əkərək) gömrük məntəqəsindəki anbarın lisenziyasına xitam verilib. Belə ki, bir ay əvvəl Dövlət Gəlir Komitəsinin sədrinin tapşırığı əsasında mütəxəssislər yoxlamalar aparmaq üçün bir neçə anbara baş çəkiblər. Aqarak gömrük məntəqəsinin anbarında gömrük tələbləri qənaətbəxş olmadığından lisenziyasına xitam verilib.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir