“Onunla üç saat öncə danışdım”.
“Yenigun.news” xəbər verir ki, bunu Əməkdar artist Baloğlan Əşrəfovun ölümü ilə bağlı kədərini bölüşən şair, ədəbiyyatşünas Vüqar Əhməd sosial şəbəkə hesabında yazıb.
“Dedi, Vüqar, yaxşı olacağam. Heyf. Özümə gələ bilmirəm. Allah rəhmət eləsin”, – V.Əhməd əlavə edib.
Qeyd edək ki, Əməkdar artist Baloğlan Əşrəfov ötən gün koronavirusdan vəfat edib.