“Xalq artisti Arif Quliyevin tənəffüs parametləri qənaətbəxş deyil”.
Bu barədə A. Quliyevin müalicə olunduğu “Yeni Klinika”nın reanimatoloqu Emil Qasımov bildirib.
Onun sözlərinə görə, komediya aktyorunun vəziyyəti ağır olaraq qalır: “Arif Quliyevin hazırda vəziyyəti ağır stabil olaraq davam edir. Süni tənəffüs aparatına qoşulub. Tənəffüs parametrləri qənaətbəxş deyil. Ancaq xəstə yaşayır. İntensiv müalicə davam edir”.