Cəlilabad rayon Gənclər və İdman idarəsinin, Rayon Təhsil Şöbəsinin, Masallı Regional Mədəniyyət İdarəsi Cəlilabad Dövlət Rəsm Qalereyasının, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 03-07 may 2021-ci il tarixlərində Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun əsaslarının məhz ulu öndərimiz tərəfindən qoyulması haqqında yeniyetmə və gənclərimizi bir daha maarifləndirmək məqsədilə “Heydər Əliyev və müasir Azərbaycan” adlı rəsm müsabiqəsi keçiriləcəkdir.