Yeni Azərbaycan Partiyasının hər bir qurultayı ilə ölkəmızın ictimai – siyasi həyatına yeniliklər gətirib. Qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Bu, onu göstərir ki, YAP cəmiyyətimizdəki yeniliklərlə, dəyişikliklərlə bir addımlayır, bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə uyğun çağırışlar yaranıb. Həmin çağırışların mahiyyəti hamımıza bəllidir.
Azərbaycan Prezidenti, YAP Sədri cənab İlham Əliyev YAPın VII qurultayında göstərdiyi kimi, regionlarda mühüm tədbirlər həyata keçirilmiş, yaşayış məntəqələri sosial-mədəni cəhətdən simasını tanınmaz dərəcədə dəyişdirmiş, rayonlarımızın iqtisadiyyatı artmışdır. İnsanların yaşayış şəraiti əvvəlki dövrlərə nisbətən xeyli yaxşılaşmışdır. Bu da, inkişafımızın düşünülmüş qaydada, dərin elmi-nəzəri əsaslarla hazırlanmasından, vətəndaşlarımızın qadir əməklə çalışmasından irəli gəlir.
Hazırda müstəqil dövlətimizin çiçəklənməsi və möhkəmləndirilməsi real prosesə çevrilmişdir, dövlətçilik ənənələrinin zənginləşdirilməsi uğurla davam etdirilir, xalqımızın nailiyyətləri bütün dünyanın gözü qarşısındadır. Dünya və Avropa birliyində nüfuzu getdikcə artan, planetin üzərində yaşayan xalqların ailəsində siyasi və iqtisadi imicini daim möhkəmləndirən respublikamız bu gün Cənubi Qafqazın ən stabil, siyasi cəhətdən sabit, iqtisadiyyatca güclü ölkəsidir.
Bütün respublikada camaatın sosial həyat səviyyəsi getdikcə yüksəlir, yeni iş yerləri yaradılır, əməkhaqları və pensiyalar müntəzəm olaraq çoxalır. Əlillərə, ahıllara, şəhild ailələrinə verilən sosial yardımlar, maaşlar artır, aztəminatlı ailələrə müavinətlərin verilməsi sistematik hal alır. Bütün bunların nəticəsində əhalinin xoşbəxt gələcəyə, işıqlı sabaha inamı artır, müstəqilliyimizin dayaqları möhkəmlənir, gələcək nəsillərin firavan həyatı üçün etibarlı təminat yaranır. Müntəzəm olaraq əldə olunan gəlirlər bundan sonra da regionların inkişaf etdirilməsinə yönəldiləcəkdir, ölkədə insanların maddi təminatı misli görünməmiş dərəcədə yaxşılaşacaq, əhalinin maliyyə mənbələri, məşğulluq səviyyəsi artacaq, ulu öndərin işıqlı arzuları yerinə yetəcəkdir.
Biz ölkəmizin, vətəndaşlarımızın xeyrinə olan bütün bu çağırışları ürəkdən alqışlayırıq, möhtərəm Prezidentimizə minnətdarlığımızı bir daha bəyan edirik. Göstərilənlər Vətənimizin qüdrətinin daha da artırılması üçün son dərəcə böyük iradə, gərgin mübarizə bahasına əldə edilmiş nailiyyətlərdir və belə hesab edirik ki, bu nailiyyətlər davam etdiriləcək, müstəqilliyimizin daha da möhkəmləndirilməsində bundan sonra da baza rolunu oynayacaqdır.
Cahangir Muradov,
Cəlilabad şəhər sakini,
Əməkdar mədəniyyət işçisi