Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Ramazan bayramı namazı qılınacaq.
“Yenigun.news” xəbər verir ki, bununla bağlı Bakı Media Mərkəzi məlumat yayıb. Bayram namazı mayın 13-ü, saat 09:00-da qılınacaq.
29 ildən sonra ilk dəfə Şuşada təşkil edilən namazı birbaşa canlı yayımla izləmək mümkün olacaq.
Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mayın 12-i və 13-ü “Xarıbülbül” musiqi festivalı keçirilir.