Ukrayna Milli Jurnalistlər Birliyinin (UMJB) sədri Sergey Tomilenko UNIAN-ın jurnalisti Dmitro Xilyukun Rusiya əsirliyindən azad edilməsinə çağırıb.
Bu barədə Tomilenko Nyu-Yorkda BMT Baş Assambleyasında Ümumdünya Söz Azadlığı Günü münasibətilə çıxışı zamanı danışıb.
“Ötən ilin martında əsir götürülən ən azı bir mülki ukraynalı jurnalist hələ də Rusiyada həbsdədir”, – deyə Tomilenko bildirib.
O qeyd edib ki, söhbət UNIAN-ın jurnalisti Dmitro Xilyukdan gedir.
Eyni zamanda, S.Tomilenko işğal altındakı Krımda həbs edilən yerli tatar jurnalistlərin də azad olunmasına çağırış edib.
Xatırladaq ki, UNIAN-ın jurnalisti Dmitro Xilyuk ötən ilin fevral ayında Rusiyanın Kiyev vilayətinə hücumu zamanı əsir düşüb.
Mənbə: UNIAN