Azərbaycan Xarici İşlər Nazirliyi Belqrad şəhərində məktəbdə baş vermiş dəhşətli hadisə ilə bağlı Serbiyaya başsağlığı verib.
“Silahlı insidentlə bağlı xəbər bizi çox kədərləndirdi. Həlak olanların ailələrinə, Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik”, – deyə qurumun “Twitter” hesabında qeyd olunub.
The news on a terrible shooting at a school in #Belgrade, #Serbia deeply saddened us. Our heartfelt condolences go to the families of the victims, people and government of Serbia. We wish speedy recovery to all those injured. @MFASerbia
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) May 3, 2023
Qeyd edək ki, Belqradda məktəbdə yeniyetmə şagirdlərə atəş açıb. Nəticədə 9 nəfər ölüb, 7 nəfər yaralanıb.