Sosial şəbəkədə Bakı Metropoliteninin hələ istifadəyə verilməyən “8 Noyabr” stansiyasında Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” ifası ilə bağlı səs yazısı yayılıb. İddia olunur ki, yeni stansiyaya girişdə bu musiqidən istifadə olunacaq.
Yenigun.news-un xəbərinə görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, yayılan səs yazısı montajdır: “Əziz şəhidimizin səsi və “8 Noyabr” stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumat həqiqəti əks etdirmir. Yəni reallıqda belə bir şey yoxdur, montajdır”.