Əfv məsələləri üzrə Komissiyanın sonuncu iclası martın 17-də keçiriləcək.
Bu barədə komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, bu günə kimi 9 iclas keçirilib və 1000-dən artıq müraciətə baxılıb:
“Müraciətləri sonuncu iclasda yekunlaşdırıb Prezident İlham Əliyevə təqdim edəcəyik. Ölkə başçısı yəqin ki, Novruz bayramı ərəfəsində əfv sərəncamı verəcək”.
Yenigun.news