• Bz. Yan 19th, 2025

Dövlət Vergi və Dövlət Gömrük xidmətlərinin büdcə öhdəliyi artırılır

ByYenigun.news

May 30, 2023


Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 14 milyard 932 milyon manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 5 milyard 728 milyon manatı və yaxud 17%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, vergi daxilolmaları təsdiq olunmuş proqnozla müqayisədə 1 milyard 530 milyon manat və yaxud 11,4%, gömrük daxilolmaları isə təsdiq olunmuş proqnozla müqayisədə 925 milyon manat və yaxud 19,3% çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir