“Türkiyə yeni dövrdə qlobal problemləri fəal şəkildə həll etməyə çalışacaq”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında deyib.
“Türkiyə Rusiya-Ukrayna müharibəsində sülhə nail olunması üçün vasitəçilik edir”, – deyən nazir Fələstin-İsrail münaqişəsinin həllinin vacibliyinə də toxunub.
Nazir qeyd edib ki, Türkiyə terrorizmə, irqçiliyə qarşı mübarizə aparır. Hakan Fidan islamofobiyanın yayılmasının, müxtəlif ölkələrdə Quranın yandırılmasının yolverilməz olduğunu bildirib.
“Bu gün Avropada islamofobiya epidemiyaya çevrilib. Qurban bayramının ilk günündə Qurani-Kərim yandırıldı. Bu, inanclı insanlara təhqirdir. Hadisəni törədənə müdaxilə edilməməsi də inanclı insanlar üçün təhqirdir”, – deyə o əlavə edib.