• Ça. Noy 26th, 2024

Arayik Arutyunyan hirsindən cilov gəmirir: Qarabağdakı erməniləri “cəhənnəmə” göndərdi

ByYenigun.news

İyl 5, 2023


Özünü separatçı rejiminin “başçısı” adlandıran Arayik Arutyunyan maraqlı açıqlama ilə çıxış edib.

Ermənistan KİV-in məlumatına görə, A.Arutyunyanın çıxışı özünü deputat elan etmiş cinayətkarların oyuncaq iclasında baş tutub.

A.Arutyunyan Qarabağ ermənilərinə ünvanladığı yeni müraciətində təmtəraqlı cümlələrlə pərdələnmədən onları birbaşa hədələyib.

Separatçıların “lider”i Qarabağ ermənilərinə xitabında əsəbi halda deyib:

“Biz yeni həll paketini təqdim edəcəyik. Buranı qoyub qaçanlar bu gün öz mülklərini icarəyə verir və bunun müqabilində gəlir əldə edirlər. Biz bu şəxslərin hər biri ilə bağlı qərar verməliyik.

Mən belə insanlarla bağlı son dərəcə sərt qərarın verilməsinin tərəfdarıyam. İlk növbədə, onları gəlir əldə etmək imkanından məhrum etmək lazımdır.

Mən bu barədə yüksək səslə danışıram. Onlar haray-həşir salırlar, qaçırlar, hamı getmək istəyir… Kim getmək istəyirsə, cəhənnəm olsun!” – A.Arutyunyan əsəbi vəziyyətdə bildirib.

Beləliklə, Arayik Arutyunyan istəmədən erməni miflərini puç edib.

Separatçı ünsür verdiyi son açıqlaması ilə Qarabağda guya 120 min erməninin yaşadığına dair iddiaların, əslində, mifdən başqa bir şey olmadığını öz dili ilə təsdiqləyib.

Məlumat üçün əlavə edək ki, hazırda Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərin sayı heç 30 minə çatmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir