Bakıda “Qoşulmama Hərəkatının COVID-19-dan sonra dirçəlişi” müzakirə olunur.
Oxu.Az-ın məlumatına əsasən, Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclası çərçivəsində “Qoşulmama Hərəkatının COVID-19-dan sonra dirçəlişi” mövzusuna həsr olunmuş tədbir keçirilir.
“South Center”in İslam İnkişaf Bankı ilə birgə təşkil etdiyi görüşdə COVID-19-dan sonrakı dövrdə təşkilatın rolunun gücləndirilməsi ilə bağlı təkliflərə baxılıb.
Tədbir iştirakçıları, həmçinin, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq yolunda təşkilata üzv dövlətlərin inkişaf ehtiyaclarını müzakirə ediblər.