“Fransanın Cənubi Qafqaz üzrə siyasəti heç də davamlı sülhə, təhlükəsizliyə xidmət etmir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) idarə heyətinin sədri Fərid Şəfiyev Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından ötrü səylər göstərir.
“Ancaq Fransa Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına fərqli münasibət göstərir”, – deyə o əlavə edib.
F.Şəfiyev qeyd edib ki, Qoşulmama Hərəkatı sülhə, təhlükəsizlik çağırışlarına cavab verən vacib bir platformadır.
Qeyd edək ki, iyulun 5-də Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər iclası öz işinə başlayıb.
Tədbir bu gün yekunlaşacaq.