“Fransanın cinayətləri ilə bağlı beynəlxalq komissiya yaradılmalıdır”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə Martinik nümayəndəsi Klaudet Duhamel deyib.
“Biz dəfələrlə beynəlxalq təşkilatlara müraciət etmişik, lakin təşəbbüslərimiz Fransa tərəfindən bloklanıb”, – deyə o əlavə edib.
Duhamel bildirib ki, Fransa məhkəməyə cəlb edilməlidir və o, itkilərin bərpası üçün öhdəlik götürməlidir.