• Ç. Noy 27th, 2024

İcma: “Qərbi azərbaycanlılar da kolonializmdən əziyyət çəkiblər”

ByYenigun.news

İyl 6, 2023


“Qərbi azərbaycanlılar da kolonializmdən əziyyət çəkiblər”.

“Report”un xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan İcmasında son 200 ildə doğma torpaqlarından didərgin düşən insanlar birləşiblər: “Bu insanlar indiki Ermənistan ərazisindən deportasiya olunublar. Qərbi azərbaycanlılar da kolonializmdən əziyyət çəkiblər. Deportasiya da insanlıq əleyhinə cinayətdir”.

Sözçü bildirib ki, kütləvi qırğınlara məruz qalan insanlar da var: “Bizim Ermənistana ünvanladığımız və cavabsız qalan müraciətlərimiz var. Ermənistan monoetnik bir dövlətdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir