Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılıb.
Oxu.Az-ın məlumatına əsasən, Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər iclası çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirdə iştirakçılar Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin tamamilə aradan qaldırılması üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar.
Sonda bəyanat qəbul edilib.
Bəyanatda iştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəliblər.