“Fransa çox zəifləyib və təsirini qorumağa çalışır”.
Bunu Fransa Respublikası (Fransız Qvianası) Milli Assambleyasının deputatı Jan-Viktor Kastor “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirin yekunlarına həsr olunmuş mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib.
O qeyd edib ki, Fransa hazırda siyasi, iqtisadi və bir sıra digər aspektlər üzrə çox zəifləyir və digər ölkələrdə, o cümlədən müstəmləkələrində təsirini tamamilə itirir.