“Fransanın öz problemlərinə toxunmağa icazə vermədən başqalarının problemlərini müzakirə etmək imtiyazı yoxdur”.
“Report”un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirdən sonra keçirilən mətbuat konfransında deyib.
F.Şəfiyev vurğulayıb ki, Azərbaycan da imperiyanın qurbanı olub və bu siyasətin fəsadlarını, nəticələrini regionda hələ də hiss edir:
“Buna görə də Azərbaycan dünyadakı bu problemlərin həlli üçün mübarizəni davam etdirəcək. Xüsusilə ona görə ki, Azərbaycana gələn müxtəlif xalqların nümayəndələri bu məsələləri qaldırmağı xahiş edirdilər”.
“Bu gün Fransada Afrika və ya ərəb ölkələrindən olan miqrantlara qarşı ayrı-seçkilik davam edir”, – o deyib.