• Ç. Noy 27th, 2024

Luk Karol: “Fransada illərdir gizlədilən bir çox problemlər bu və ya digər şəkildə üzə çıxır”

ByYenigun.news

İyl 6, 2023


“Fransa böhrandan yayınmaq üçün yalançı mənzərə yaradır”.

“Report” xəbər verir ki, bu fikirləri Fransanın müstəmləkəsində olan Martinikanın Azadlığı Partiyasının nümayəndəsi Luk Karol Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ölkədə bütün etirazlar uğursuz pensiya islahatı ilə başlayıb, bu yaxınlarda yeniyetmənin qətlə yetirilməsindən sonra isə vəziyyət daha da pisləşib.

“Fransada illərdir gizlədilən bir çox problemlər bu və ya digər şəkildə üzə çıxır”, – Luk Karol bildirib.

Xatırladaq ki, Fransada etiraz aksiyaları iyunun 27-də hüquq-mühafizə orqanlarının əməkdaşlarının Fransanın Nanter prefekturasında 17 yaşlı əlcəzairlini güllələyərək qətlə yetirməsindən sonra başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir