Bakıda heykəl baxımsız vəziyyətdədir.
Oxu.Az xəbər verir ki, Yasamal rayonu, “Nizami” metrosunun qarşısında yerləşən Cəfər Cabbarlı küçəsindəki parkda ucaldılan Azərbaycan memarı Zivər bəy Əhmədbəyovun heykəlini quşlar batırıblar. Abidənin təmizlənməməməsi və baxımsız qalması vətəndaşların narahatlığa səbəb olub.
Qeyd edək ki, Zivər bəy Əhmədbəyov 1918-1920-ci illərdə Bakının ilk azərbaycanlı baş memarı olub. Şəhərin inkişafında mühüm rol oynayıb. Zivər bəy Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirib.
Parkın və abidənin açılış mərasimi 2011-ci il may ayının 26-da ölkə başçısının iştirakı ilə keçirilib. Abidənin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.
Nəzrin Vahid