“Fransada heç zaman demokratiya olmayıb”.
“Report”un xəbərinə görə, bunu Martinikin Azadlığı Partiyasının nümayəndəsi Luk Karol iyulun 6-da Bakıda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Fransa özünü dünyaya demokratik ölkə kimi göstərməyə çalışır: “Lakin zaman keçdikcə Paris əsl mahiyyətini gizlədə bilmir. Getdikcə ölkədə zorakılıq əməlləri daha da artır. Fransa hər vasitə ilə bunu gizlətməyə çalışsa da, demək olar ki, bu, onlar üçün daha da çətin hal alır”.