Bakı Konqres Mərkəzində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı xatirə bəyannaməsi qəbul edilib.
“Report” xəbər verir ki, iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib.
Görüşdə hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, yekun sənədlər qəbul edilib.