“Son iki gündə Bakıda həyata keçirilən uğurlu siyasətin nəticələrinin şahidi olduq”.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün açılışında müasir beynəlxalq münasibətlər sistemi konteksində böyük proqram xarakterli çıxışı tədbir iştirakçıları və dünya mətbuatında böyük marağa səbəb olub:
“Bu gün də çıxışlar zamanı həmin fikirlərə istinad edilməsinin şahidi olduq”.
Nazir bildirib ki, Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib:
“Bu, Azərbaycanın sədrliyi qismində ölkəmiz tərəfindən keçirilən sonuncu böyük beynəlxalq tədbir idi. Uzun müddətdir bu tədbirə hazırlıqlar başlanılmışdı. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün ölkəmizdə keçirilməsi bütün nümayəndə heyətləri tərəfindən təqdir edilib. Onlar yaradılan şəraitə görə Azərbaycana təşəkkür ediblər. Hesab edirəm ki, son iki gündə Bakıda həyata keçirilən uğurlu siyasətin nəticələrinin şahidi olduq”.