Azərbaycanda bir sıra tv və “Youtube” kanallarında hava proqnozlarında müəyyən dəyişikliklər baş verib.
Belə ki, telekanallar Qərbi Azərbaycan torpaqlarının hava durumuna dair xəbərlərə də yer verməyə başlayıblar.
Söhbət tarixən azərbaycanlıların yaşadıqları bütün Qərbi Azərbaycan torpaqlarından – qədim Azərbaycan şəhəri olan İrəvandan, Göyçə, Dərələyəz, Vedibasar mahallarında yerləşən yurd yerlərimizdən gedir.
Belə ki, vaxtı ilə tarixi proseslər nəticəsində soydaşlarımız öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıblar.
Qeyd edək ki, hava məlumatlarında dəyişiklik təkcə Azərbaycanın efir məkanında yaşanmayıb. Digər maraqlı məqam isə iyunun 28-dən etibarən Ermənistan Respublikası Daxili İşlər və Rabitə Nazirliyinin rəsmi saytındakı hava hesabatında Azərbaycana qarşı separatçılığın açıq ifadəsi olan “Artsax” sözündən istifadə edilməməsi olub.