İyulun 11-12-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.
Bu barədə “Report”un Ankara bürosuna türkiyəli millət vəkili Şamil Ayrım bildirib.
Millət vəkili deyib ki, ənənəvi olaraq Türkiyə parlamentinə sədr seçilən şəxs ilk səfərini əvvəlcə Şimali Kipr Türk Respublikasına, sonra isə Azərbaycana edir.
Qeyd edək ki, AKP və MHP-nin namizədi olan Numan Kurtulmuş iyunun 7-də TBMM sədri seçilib.