• Ç. Noy 27th, 2024

Milli Məclisdə Şuşa ilə bağlı qanun layihəsi müzakirə edilir

ByYenigun.news

May 25, 2021

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Yenigun.news xəbər verir ki, qanun layihəsini parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edir.

Yeni qanun layihəsi 15 maddədən ibarətdir. Sənədə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini; Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni; abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini; ətraf mühitin mühafizəsini; Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini; nəqliyyatın təşkilini; mənzil fondunun idarə edilməsini; sahibkarlıq, reklam, turizm və digər fəaliyyətləri; həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyəcək.

Daha sonra deputatlar qanun layihəsi ətrafında fikirlərini bildirəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir