Azərbaycan diplomatlarının dialoqun, sülhün təşviqinə verdiyi həyati töhfə hamı üçün çox vacibdir.
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Twitter” hesabında yazıb.
“Azərbaycanın diplomatik xidmət Günü münasibəti ilə Xarici İşlər Nazirliyinin fədakar əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm. Çoxtərəfliliyin, dialoqun, sülhün və əməkdaşlığın təşviqinə verdiyiniz həyati töhfə hamı üçün daha parlaq və firavan gələcək qurmaq naminə çox vacibdir”, – Vladanka Andreyeva bildirib.
Qeyd edək ki, 9 iyul – diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.
On 🇦🇿 #DiplomaticServiceDay, I extend warm congratulations to the dedicated employees of @AzerbaijanMFA .
Your vital contributions in promoting multilateralism, dialogue, peace & cooperation are crucial for building a brighter & more prosperous future for all.— Vladanka Andreeva (@Vladanka_A) July 9, 2023