Meşəli qətliamının canlı şahidi Vaqif Sadıqov yaşanan dəhşətlərdən danışıb.
Kənd sakininin sözlərinə görə, ermənilər onun ailəsinin evini yandırıblar, valideynləri evdən çıxarkən isə güllələyiblər:
“Atamı ağzından, anamı başından vurdular. Qardaşım oğlu gizləndiyi üçün onu görməmişdilər. Sürünə-sürünə evdən çıxıb qaçmışdı”.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: