“Novruz dostluq, yenilik bayramıdır. Bu münasibətlə hər birinizi təbrik edirəm”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Təklif edirəm ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərək”, – S.Qafarova bildirib.
Milli Məclisin deputatları sədrin təklifini alqışlarla qarşılayıblar.
Yenigun.news