• Bz. Yan 19th, 2025

Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşı nüfuzlu beynəlxalq təqaüd proqramının qalibi oldu

ByYenigun.news

Avq 28, 2023


Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşı nüfuzlu beynəlxalq təqaüd proqramının qalibi olub

E-huquq.az-ın məlumatına görə, Aparatın Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunun müdiri Seyfəlpaşa Əliyev Böyük Britaniya hökumətinin nüfuzlu “Çivninq” (“Chevening”) Təqaüd Proqramı çərçivəsində (Kembric Universitetinin Beynəlxalq “Trust” təqaüd proqramı ilə birgə) qabaqcıl ali təhsil müəssisəsi Böyük Britaniyanın Kembric Universitetinin hüquq üzrə magistr proqramına tam təqaüdlə qəbul olub.

Qeyd edək ki, Seyfəlpaşa Əliyev daha əvvəl Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “hüquqşünaslıq” ixtisası üzrə bakalavr və “Kommersiya hüququ” ixtisası üzrə (xarici dildə) magistr pillələrini fərqlənmə diplomu ilə bitirib, ali məktəbə qəbul imtahanlarında yüksək göstəriciyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

O, 2016-cı ildən Məhkəmə-Hüquq Şurasının Aparatında müxtəlif vəzifələrdə, o cümlədən 2020-ci ildən sektor müdiri vəzifəsində çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir