• Ca. Noy 28th, 2024

Qiymətin aşağı və ya yüksək inhisar qiyməti hesab edilməsinin meyarları müəyyənləşir

ByYenigun.news

Sen 11, 2023


Qiymətin aşağı və ya yüksək inhisar qiyməti hesab edilməsinin meyarları müəyyənləşir.

Oxu.Az xəbər verir ki, bununla bağlı Milli Məclisə daxil olan Rəqabət Məcəlləsinin layihəsində qeyd edilib.

Məcəlləyə əsasən:

– məhsulun qiymətinin hökmran mövqe tutmayan və həmin məhsulun qiymətini müəyyən edən təsərrüfat subyektləri ilə eyni şəxslər qrupuna aid olmayan alıcıların və satıcıların məhsullarının müvafiq bazarda və ya müqayisə edilə bilən rəqabətli bazarda formalaşan qiymətindən aşağı və ya yüksək olması;

– məhsulun istehsalı və satışı üçün zəruri olan xərclərin dəyişməz qalması və ya həmin xərclərdəki dəyişikliyin məhsulun qiymətindəki dəyişikliyə münasibətdə qeyri-mütənasib olması;

– bazarda əmtəənin qiymətini müəyyən edən ümumi şərtlər (dövlət tənzimləməsi, o cümlədən gömrük rüsumları, vergitutma və tariflər) dəyişmədiyi halda, əmtəənin qiymətinin hökmran mövqe tutmuş təsərrüfat subyektləri tərəfindən əsassız azaldılması (hökmran mövqedə olan təsərrüfat subyektinin aşağı qiymətlər tətbiq etməklə müəyyən müddət ərzində mənfəət əldə etməməsi və ya itki verməsi rəqabət orqanı tərəfindən sübut edilməlidir) və ya artırılması qiymətin aşağı və ya yüksək inhisar qiyməti hesab edilməsinin meyarlarıdır.

Qeyd edilən meyarlar hamısı birlikdə qiymətləndirilir və hər hansı biri olmadıqda məhsulun qiyməti aşağı və ya yüksək inhisar qiyməti hesab edilə bilməz.

Müvafiq bazarda qiyməti müqayisə etmək mümkün olmadıqda, məhsulun müqayisə edilə bilən rəqabətli bazardakı, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənardakı qiyməti ilə müqayisə aparılır.

Müqayisə edilə bilən rəqabətli bazarda, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənardakı rəqabət şəraitində formalaşmış qiyməti müəyyən etmək mümkün olmadıqda, bazar subyektinin xərclərinin və gəlirlərinin təhlili əsasında qiymət müəyyən edilir. 

Aysel Aslan 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir