• Ca. Noy 28th, 2024

Nazirlik: “İlin sonunadək əhalinin həssas kateqoriyasından olan şəxslərə 1500 mənzil veriləcək” – FOTO

ByYenigun.news

Sen 12, 2023


“Bu ilin sonunadək əhalinin həssas kateqoriyasından olan şəxslərə 1500 mənzil veriləcək”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, bu gün həmin kateqoriya üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti 50 mənzilin verilməsi həyata keçirilib:

“Sözügedən mənzillər şəhid ailələri və müharibə əlilliyi olan ailələrə verilib. Beləliklə, il ərzində nazirlik tərəfindən 1500 mənzil və fərdi evlərin təqdim olunması nəzərdə tutulub”.

Nazir müavini qeyd edib ki, hazırda həmin evlərin 650-si artıq təhvil verilib:

“Prezident İlham Əliyevin tapşırığına əsasən, mənzil təminatı proqramı son illər ərzində 5 dəfədən çox artırılıb. Mənzil təminatı ilə yanaşı, avtomobillərin verilməsi davam edir”.

A.Kərimov vurğulayıb ki, artıq 40 mindən artıq postmüharibə kontingenti olan şəxslərə realibitasiya vasitələri, 300 minə yaxın sosial dəstək tədbirləri göstərilib:

“100 mindən artıq şəhid ailəsi, müharibə əlilliyi olan şəxslər, müharibə veteranları müxtəlif sosial ödənişlər alıb. Nazirlik həm Birinici Qarabağ, həm də Vətən müharibəsi kontingetinə sosial dəstək tədbirlərini ilin sonunadək davam etdirəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir