Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molcean ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər Azərbaycanın BMT orqanları sistemində, o cümlədən Avropa İqtisadi Komissiyasında fəal mövqeyini yüksək qiymətləndiriblər.
Həmçinin, Azərbaycanın Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqrama (SPECA) 2023-cü ildə sədrliyi, üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramovun BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molsean ilə görüşünə dair mətbuat məlumatı
➡️https://t.co/EQLYWBDMsm pic.twitter.com/7Urw3DLgEo— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 12, 2023