“Pakistan və Azərbaycan müxtəlif sahələrdə ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə sadiqdir”.
Bunu Pakistanın İnkişafın Planlaşdırılması və Xüsusi Təşəbbüslər üzrə federal naziri Məhəmməd Sami Səid Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovla görüşdə deyib.
Görüş zamanı iki ölkə arasında ticarət və enerji sahələri də daxil olmaqla əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Pakistan-Azərbaycan münasibətlərinin artan templə inkişafına, ticarət, enerji, turizm və informasiya texnologiyaları kimi müxtəlif sahələrə diqqət yetirməklə əlaqələri daha da gücləndirmək əzmində olduqları vurğulanıb.
Nazir Pakistanla Azərbaycan arasında çoxillik dostluğun əhəmiyyətini diqqətə çatdırıb.
Səfir Xəzər Fərhadov 2022-ci ildən iki ölkə arasında birbaşa uçuşların bu münasibətlərə böyük töhfə verdiyini bildirib. O söyləyib ki, ötən il Azərbaycana 50 minə yaxın pakistanlı turist səfər edib.
Həmçinin qeyd olunub ki, Azərbaycan hökuməti pakistanlı turistlərə üç saat sərf edərək onlayn viza almaq üçün şərait yaradır.
Məhəmməd Sami Səid bu diqqəti yüksək qiymətləndirib və turizm sahəsində əməkdaşlıq imkanlarını araşdırmağa hazır olduqlarını ifadə edib.