• C. Noy 29th, 2024

Avropa İttifaqından Ağdam-Əsgəran marşrutunun açılmasına reaksiya

ByYenigun.news

Sen 13, 2023


“Rusiyanın Ağdam-Əsgəran marşrutu ilə humanitar yük daşımasını qeydə aldıq”.

Bu sözlər Avropa İttifaqı Şurasının saytında şuranın Prezidenti Şarl Mişelin sözçüsü Yekaterina Kasinj tərəfindən yayılan bəyanatın mətnində yer alır. 

“Biz bu inkişafla bağlı bütün həssaslıqları anlayırıq, hadisənin yerli əhaliyə müntəzəm humanitar yardım çatdırılmalarının bərpası üçün təkan yaradacağını gözləyirik”, – o əlavə edib.

Aİ-nin bəyanatında həmçinin bildirilir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel son hadisələrin fonunda Azərbaycan və Ermənistan rəhbərliyi ilə danışıqlar aparıb, həmçinin sentyabrın 10-da Nyu-Delhidə G20 ölkələrinin sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.

Qeyd edək ki, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndiyə keçidi sentyabrın 12-də baş tutub.

Mənbə: Commission.europa.eu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir