• Bz. Sen 21st, 2025

Ceyhun Bayramov İsveçrədə jurnalistlər üçün brifinq keçirib – FOTO

ByYenigun.news

Sen 13, 2023


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçrəyə işgüzar səfəri çərçivəsində BMT-də akkreditə olunmuş jurnalistlərin assosiasiyası üçün təşkil olunan brifinqdə iştirak edib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkənin xarici siyasət prioritetləri, Azərbaycanın ikitərəfli və çoxtərəfli gündəliyi, regionda münaqişədən sonrakı vəziyyət və Ermənistan-Azərbaycan arasında normallaşma prosesi müzakirə edilən mövzular olub.