• C. Noy 29th, 2024

Ağdam-Xankəndi yolunun Laçın-Xankəndi yolundan daha yaxşı olmasının səbəbi – VİDEO

ByYenigun.news

Sen 14, 2023


Laçın-Xankəndi yolu Ağdam-Xankəndi yolundan bütün parametrləri ilə geridə qalır. Birinci yol dağların ətəyində, dar dolambaclarda salınıb. Bu, TIR-ların hərəkətini, xüsusən də qış mövsümündə, çətinləşdirir və yüklərin çatdırılması sürətini azaldır. Ağdam-Xankəndi yolu isə düzdür, örtüyü yaxşıdır. İstənilən hava şəraitində orada hərəkət etmək rahatdır.

Bu barədə Caliber.Az-ın xəbərində deyilir.

Qeyd olunur ki, Ağdam-Xankəndi yolu digər marşrutdan iki dəfə qısadır. Ağdam və Xankəndi arasındakı məsafə təxminən 25-26 kilometrdir. Çatma müddəti 30-35 dəqiqədir.

“Laçın-Xankəndi yolu isə təxminən 60-62 kilometrdir. Müvafiq olaraq çatma vaxtı da 1-1,5 saat çəkəcək. Bu da ancaq mülayim hava şəraitində mümkündür.

Bütün bu faktları nəzərə alaraq, Ağdam-Xankəndi yolunun açılması daha məqsədəuyğundur. Bu marşrut Qarabağ erməniləri üçün sərfəlidir. Çünki bu yolla təhlükəsiz və qısa müddətdə istənilən yükün çatdırılması mümkündür.

Ağdam-Xankəndi yolu Qarabağ regionunun iqtisadiyyatını daha tez zaman kəsiyində bərpa etməyə imkan yaradacaq və Cənubi Qafqaza sülh gətirəcək”, – xəbərdə bildirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir