• C. Noy 29th, 2024

MDB İcraiyyə Komitəsi və MDB Baş prokurorlarının Əlaqələndirmə Şurasının heyətləri Azərbaycana gəliblər – FOTO

ByYenigun.news

Sen 14, 2023


MDB-nin İcraiyyə Komitəsinin və MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının nümayəndə heyətləri ölkəmizdə işgüzar səfərdədirlər.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, onlar ölkəmizə Bakıda keçiriləcək MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclasında iştirak etmək üçün baş prokuror Kamran Əliyevin dəvətilə gəliblər.

Azərbaycan Respublikasının baş prokuroru ilə nümayəndə heyətinin rəhbərləri – İqor Malaşeviç və Vladimir Zimin arasında baş tutan ikitərəfli görüş zamanı təşkilatın işinin təkmilləşdirilməsi, təşkilata üzv olan dövlət arasında hüquqi müstəvidə qarşılıqlı münasibətlərin, cinayətkarlığa qarşı mübarizə, eləcə də qarşılıqlı beynəlxalq hüquqi yardım üzrə birgə fəaliyyətin inkişaf etdirilməsi, əməkdaşlığın gələcək perspektivləri üzrə müzakirələr aparılıb.

Baş prokuror Azərbaycanın Müstəqil Dövlətlər Birliyi çərçivəsində aktiv iştirak etdiyini, ölkəmizin bir çox postsovet ölkələri ilə səmimi dostluğa və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr qurduğunu bildirərək, bu əlaqələrin təşkilat çərçivəsində də davam etdirilməsinin qarşılıqlı etimadın artmasına müsbət təsir göstərdiyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən İqor Malaşeviç və Vladimir Zimin MDB-nin Baş katibi Sergey Lebedevin salamlarını çatdırıblar. Onlar təmsil etdikləri qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini, Azərbaycanın təşkilatın fəaliyyətində fəal iştirak etməklə daim təşkilatın işinə öz töhfəsini verdiyini bildiriblər.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin səmərəliliyi üzrə faydalı fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir