• C. Noy 29th, 2024

Stanislav Tkaçenko: “Ermənistan eyni anda bütün pedalları basır”

ByYenigun.news

Sen 14, 2023


“Yaxın vaxtlara qədər Ermənistanın siyasəti ondan ibarət idi ki, siyasi və diplomatik səviyyədə hər kəsdən – ABŞ-dən, Fransadan, Avropa İttifaqından, Hindistandan, İrandan, Rusiyadan dəstək almaq lazımdır. Rusiya isə öz növbəsində Qarabağın Azərbaycana məxsus olmasından irəli gələrək aydın mövqe tutdu, bu isə o deməkdir ki, bu məsələnin gündəmə gətirilməsinə lüzum yoxdur”.

Bu sözləri son vaxtlar gərginləşən Ermənistan-Rusiya münasibətlərini təhlil edən rusiyalı politoloq, “Valday” klubunun eksperti, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko Oxu.Az-a açıqlamasında deyib.

Ekspert hesab edir ki, Ermənistan sadəcə olaraq 2020-ci ilin noyabr ayında imzaladığı üçtərəfli bəyanatın şərtlərinə əməl etməlidir.

“Ermənistan Rusiyadan maksimumu aldığını düşünərək, ondan üz çevirdi və başqa dövlətlərdən dəstək almağa çalışmağa başladı. Lakin bəzi təsirsiz diplomatik vədlərdən başqa, İrəvan heç nə əldə etmədi. Yeri gəlmişkən, Ermənistan-ABŞ təlimlərinə gəlincə, onlar Rusiyanı xüsusi olaraq narahat etmir. Moskvada başa düşürlər ki, İrəvan beynəlxalq arenadakı təmaslardan heç bir fayda elədə etmək iqtidarında deyil. Təbii ki, bundan sonra Nikol Paşinyana inam daha da azalacaq”, – deyə Stanislav Tkaçenko vurğulayıb.

Ekspert Nikol Paşinyanın dəstək axtarışında ABŞ və İran kimi antaqonist mövqedə dayanan ölkələrə müraciət etməsini isə belə qiymətləndirib:

“Ermənistan, necə deyərlər, eyni anda bütün pedalları basır. Burada hansısa uzaq məntiq axtarmaq kifayət qədər çətindir. Görünən odur ki, Paşinyan ABŞ-yə üz tutmaqla Rusiyaya təzyiq aləti əldə etməyə ümid edirdi. Guya Moskva Yerevanın Amerika qanadının altına keçəcəyindən ehtiyat edəcək və müvafiq olaraq Rusiya Ermənistana, məsələn, Qarabağın statusu ilə bağlı müəyyən təminatlar verəcək. Amma biz Vladimir Putinin son çıxışını dinlədik, səhifə artıq çevrilib və çox qəribədir ki, Ermənistanın baş naziri bu barədə bəzi illüziyalar qurmuşdu”.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir