• Şb. Sen 20th, 2025

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Azərbaycanı təbrik edib – FOTO

ByYenigun.news

Sen 15, 2023


Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən millət vəkili Şamil Ayrım Bakının işğaldan azad olunmasının 105-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə o, özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Dünən Bakının azad olunması üçün şəhid olan Nuru Killigil Paşanı və müzəffər ordusunu, bu gün də 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızı hörmət və rəhmətlə anıram”, – deyə Ş.Ayrım vurğulayıb.