• Şb. Sen 20th, 2025

Hikmət Hacıyev: “Son proseslər Ermənistanın Suriyaya bənzədiyini deməyə əsas verir”

ByYenigun.news

Sen 20, 2023


“Ermənistan bir çox hallarda özünün günahkar olduğu məsələlərin həllini regionda görmür. Onlar bu həlli regiondan kənar qüvvələrin vasitəsi ilə həll etməyə çalışırlar”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, regional sülh gündəliyi üçün problemlərin region çərçivəsində həll olunması vacibdir:

“Azərbaycan bu sülh gündəliyini dəstəkləyir. Amma son dövrlər baş verən proseslər Ermənistanın Suriyaya bənzədiyini deməyə əsas verir”.

İlhamə Əbülfət