• Şb. Noy 30th, 2024

İcma Kanadanın xarici işlər nazirinin anti-Azərbaycan açıqlamasına hiddətini ifadə edir

ByYenigun.news

Sen 21, 2023


“Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin növbəti anti-Azərbaycan açıqlaması ilə əlaqədar dərin hiddətini ifadə edir”. 

Bu barədə icmanın məlumatında bildirilir.

“Öz müqəddəratını təyinetmə” prinsipindən danışan Kanada diplomatiyası faktiki olaraq özünü gülünc vəziyyətə qoyub. Bu günlərdə okeanın o tayından tələm-tələsik Avropa İttifaqının Ermənistandakı missiyasına heyət göndərən, yaxın zamanlarda Ermənistanda səfirlik açmağı planlaşdıran Kanada, görəsən, həqiqətən də, bilmir ki, heç Ermənistanın özü 2020-ci il Vətən müharibəsindən sonra “öz müqəddəratını təyinetmə” prinsipinə toxunmur.

Amma əgər Kanada “öz müqəddəratını təyinetmə” prinsipinə bu qədər dəyər verirsə, onda öncə özündən başlaya və müstəqillik hissinin çox yüksək olduğu əyalətinə müstəqillik verə bilər.

Kanadadan Azərbaycana qarşı belə bayağı, yersiz açıqlamalara son qoymağı və ölkəmizin daxili işlərinə qarışmamağı tələb edirik”, – deyə vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir