• Şb. Noy 30th, 2024

İcma Polşanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb

ByYenigun.news

Sen 21, 2023


Qərbi Azərbaycan İcması Polşanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Qərbi Azərbaycan İcması Polşa Xarici İşlər Nazirliyinin açıqlaması ilə bağlı rəsmi Varşavanı ölkələrin ərazi bütövlüyünə və suverenliyinə dini təəssübkeşlik prizmasından baxmamağa çağırır:

“Polşanın dəyərlərə və beynəlxalq hüquqa belə selektiv yanaşması qəbuledilməzdir. Polşadan ayrı-seçkiliyə son verməyi, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyi tələb edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir