Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France24” telekanalının qonağı olub.
Diplomat ölkə ictimaiyyətinə Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş lokal antiterror tədbirləri barədə məlumat verib.
L.Abdullayeva qeyd edib ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu BMT başda olmaqla, bütün beynəlxalq qurumlar təsdiqləyir.
Səfir başa çatan lokal antiterror tədbirlərinin Azərbaycan suveren ərazisini əhatə etdiyini diqqətə çatdırıb.