• C. Noy 29th, 2024

Pakistanın BMT-dəki səfiri: “Azərbaycana qarşı hər hansı bir terror və zorakılığın qarşısının alınmasını tələb

ByYenigun.news

Sen 22, 2023


“Pakistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir. Biz azərbaycanlı qardaş və bacılarımızın öz torpaqlarına geri qayıtmalarını istəyirik. Azərbaycan xalqına və Azərbaycana qarşı hər hansı bir terror və zorakılığın qarşısının alınmasını tələb edirik”.

Bunu Pakistanın BMT-dəki daimi nümayəndəsi Munir Əkrəm “Report”un ABŞ bürosunun BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı keçirdiyi iclasına dair sualını cavablandırarkən deyib.

“Bu gün BMT Təhlükəsizlik Şurası iclas keçirib və yenidən Qarabağ problemi müzakirə olunub. Bizim Ermənistan və Azərbaycan arasında davam edən Qarabağ münaqişəsində mövqeyimiz hər zaman şəffaf olub. Pakistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir və bu məsələnin sülh yolu ilə həllini tapmasını diləyirik. Haqlı savaşında azərbaycanlı qardaşlarımızın yanındayıq”, – deyə o vurğulayıb.

Səfir iki qardaş ölkə olan Pakistan və Azərbaycan arasında münasibətlərin tarixi köklərə söykəndiyini deyib:

“Bizim dostluq və qardaşlıq əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələr hər ötən gün daha da möhkəmlənir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir